Fövqəladə Hallar Nazirliyindən “Operativ Media” ya verilən məlumata görə, ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli 10 otaqlı evin 1-ci mərtəbəsində 1 otağın və mətbəxin yanar konstruksiyaları 64 m² sahədə yanıb.
Yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 3 m² sahədə, 1 ədəd kondisioner və 2-ci mərtəbəsinin 1 ədəd plastikdən ibarət pəncərəsi əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Teqlər:
"Bak\u0131da 2 m\u0259rt\u0259b\u0259li ev yan\u0131b"