Ötən gün borclu şəxs qismində axtarışda olan 95 nəfər saxlanılıb
Avqustun 25-də ölkə ərazisində qeydə alınan 65, əvvəlki dövrlərdən bağlı qalan 28 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
DİN-in Mətbuat xidmətindən “Operativ Media” ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 130, o cümlədən borclu şəxs qismində axtarışda olan 95 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb.
Teqlər:
"\u00d6t\u0259n g\u00fcn borclu \u015f\u0259xs qismind\u0259 axtar\u0131\u015fda olan 95 n\u0259f\u0259r saxlan\u0131l\u0131b"