Menyu

FHN: Ötən sutka 47 yanğına çıxış olub, 3 nəfər azyaşlı xilas olunub

FHN: Ötən sutka 47 yanğına çıxış olub, 3 nəfər azyaşlı xilas olunub

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən “Operativ Media” ya verilən məlumata görə,“112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 47 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı 3 nəfər azyaşlı xilas olunub. Bakı şəhərinin Sabunçu rayonunda bağlı qapı arxasında aşkar olunan 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib. Həmçinin, Kür çayının Zərdab rayonunun Təzəkənd kəndi ərazisindən keçən hissəsində batması ehtimal olunan 1 nəfər uşağın axtarışlarına dalğıc-axtarış qrupu cəlb olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər