26 Avqust 2023, 14:26
Sahibkarlar Qarabağ Dirçəliş Fonduna minatəmizləmə maşını ianə edib - Mikayıl Cabbarov
Sahibkarlar Qarabağ Dirçəliş Fonduna minatəmizləmə maşını ianə edib - Mikayıl Cabbarov şəkil
Sahibkarlar Qarabağ Dirçəliş Fonduna minatəmizləmə maşını ianə edib - Mikayıl Cabbarov

Azərbaycan sahibkarları işğaldan azad edilmiş ərazilərin təmizlənməsi üçün Qarabağ Dirçəliş Fonduna minatəmizləmə maşını ianə edib.

“Operativ Media” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Laçın şəhəri günü ölkəmizdə həm də qayğı, mərhəmət və xeyirxahlıqla bağlı olan xüsusi günü təcəssüm etdirir.

Məhz belə bir tarixdə Azərbaycan istehsalı olan minatəmizləmə maşınının sahibkarlar tərəfindən ianə olaraq işğaldan azad edilmiş ərazilərimizin təmizlənməsi üçün Qarabağ Dirçəliş Fonduna təqdim olunması qürur və sevinc bəxş edir. Bu işdə əməyi olan hər kəsə təşəkkür edirik”, - deyə o qeyd edib.

Son xəbərlər
İlham Əliyevin Türkiyə səfərindən görüntülər - VİDEO
19 İyun 2025, 22:59
Yevlaxda 1 nəfər kanalda batıb
Zelenski Ukrayna Quru Qoşunlarına yeni rəis təyin edib
Ağ Ev İranla danışıqların əsas şərtini açıqlayıb
“Air Arabia” Azərbaycana uçuşları dayandırıb
İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb
Paşinyan Brüsselə gedəcək
Tramp yaxın iki həftə ərzində İrana zərbə ilə bağlı qərar verəcək