Menyu

Məhbusun azadlıqda olarkən gizlətdiyi əl qumbarası aşkarlanıb

Redaksiya
Məhbusun azadlıqda olarkən gizlətdiyi əl qumbarası aşkarlanıb

26.08.2023-cü il tarixdə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumun azadlıqda olarkən əldə edərək gizlətdiyi bir ədəd F-1 markalı əl qumbarası və bir ədəd UZRQM partladıcısı Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi ərazisində aşkar edilərək götürülmüşdür.

Penitensiar xidmətin mətbuat mərkəzindən "Operativ Media"ya bildirilib ki, əl qumbarası zərərsizləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarına təhvil verilmişdir.

Teqlər:

"M\u0259hbusun azadl\u0131qda olark\u0259n gizl\u0259tdiyi \u0259l qumbaras\u0131 a\u015fkarlan\u0131b"

Əlaqəli Xəbərlər