http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 15 ° C

AZƏRTAC loqosunu və veb-saytını yeniləyib

27 Avqust 2023 , 09:08
AZƏRTAC loqosunu və veb-saytını yeniləyib

Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC loqosunu və veb-saytını yeniləyib.

"Operativ Media" xəbər verir ki, ölkəmizin 1920-ci il martın 1-dən fasiləsiz fəaliyyət göstərən ilk xəbər agentliyi - AZƏRTAC özünün imicində yenilənmə aparmaq, qarşıya qoyulan vəzifələri daha dolğun və ifadəli təqdim etmək məqsədilə yeni loqo hazırlamaq qərarına gəlib.

Loqoda millilik, informasiya işi, AZƏRTAC-ın ölkənin ilk xəbər agentliyi olması, jurnalistika ənənələri, tarixi dəyərlər kimi mənaların əks olunması əsas istiqamətlər kimi seçilib. Loqodakı elementlər informasiyanın emalı və dünyaya çatdırılması, daha geniş coğrafiyada yayılması kimi konsepsiyaları vurğulayır. Səkkizguşəli loqo agentliyin öz tarixi ənənələrinə sadiqliyini göstərir.

Xəbərlərin doğruluğu, feyk məlumatların qarşısının alınması, ictimaiyyətə daim yoxlanılmış informasiyanın çatdırılması AZƏRTAC-ın fəaliyyətin prioritet istiqamətləridir. Bunlar nəzərə alınaraq informasiyanın yoxlanılıb yayımlanması ideyası da loqoda əksini tapıb.

Mavi və göy rəng çalarlarından istifadə olunub ki, bu da ciddilik, etibarlılıq, inam mənalarını ifadə edir.

AZƏRTAC-ın veb-saytı yeni dizaynda fəaliyyətini davam etdirəcək. Sayt sadəlik, dinamiklik, istifadəçi yönlü olması, yeni funksionallıqlar, yüksək keyfiyyətdə foto və videoların yerləşdirilməsi imkanları, mobil cihazlarda asanlıqla yüklənməsi kimi xüsusiyyətləri ilə seçilir. Xüsusi quruluşu istifadəçilərin bölmələrə asanlıqla keçid edə bilmələrinə imkan verir.

AZƏRTAC 1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılıb. Hazırda agentlik 8 dildə xəbər, 5 dildə videoinformasiya yayımlayır. Dünyanın 50 informasiya agentliyi və media strukturu ilə rəsmi tərəfdaşlıq edən AZƏRTAC Dünya Xəbər Agentlikləri Konqresi, Avropa Xəbər Agentlikləri Alyansı, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı, İslam Ölkələri Təşkilatının Milli Xəbər Agentlikləri Birliyi, “Bir kəmər, bir yol” İqtisadi İnformasiya Platforması, Türkdilli Xəbər Agentlikləri Birliyi və digər beynəlxalq informasiya təşkilatlarının üzvü olmaqla yanaşı, onların bir neçəsinin idarəedici strukturunda təmsil olunur.

OXŞAR XƏBƏRLƏR
Qazaxıstanla əmək, məşğulluq və sosial müdafiə sahəsində təcrübə mübadiləsi aparılıb

Qazaxıstanla əmək, məşğulluq və sosial müdafiə sahəsində təcrübə mübadiləsi aparılıb

Sosial şəbəkələrdə investisiya, yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb

Sosial şəbəkələrdə investisiya, yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb

Prezident  Azərbaycanın yəhudi icmasını təbrik edib

Prezident Azərbaycanın yəhudi icmasını təbrik edib

XƏBƏR LENTİ
  • 00:20

    Prokurorluq orqanlarının yaranmasının 106-cı ili tamam olur
  • Dünən
    23:46

    İsrail ordusu Livan ərazisinə daxil olub
  • Dünən
    23:24

    Gömrük-keçid məntəqələrində yük maşınlarının sayı açıqlanıb
  • Dünən
    23:08

    Rusiya Aerokosmik Qüvvələri Suriyada silahlıların yeddi bazasına zərbələr endirib
  • Dünən
    22:40

    Azərbaycanda ilk dəfə Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans keçirilib
  • Dünən
    22:29

    Bayden: Bizə indi atəşkəs lazımdır
  • Dünən
    21:50

    ABŞ-da Helene qasırğasının iqtisadi itkisi 160 milyard dollara çata bilər
  • Dünən
    21:41

    Qrizmann La Liqada 500-cü oyununu keçirib
Menyu