Menyu

Sel səbəbindən bağlanan Bakı-Şamaxı-Yevlax yolu qismən bərpa olunub

Sel səbəbindən bağlanan Bakı-Şamaxı-Yevlax yolu qismən bərpa olunub

Ötən gün sel suları səbəbindən bağlanan Bakı -Şamaxı-Yevlax avtomobil yolunda hərəkət bir tərəfli bərpa olunub.

"Operativ Media" xəbər verir ki, səhər saatlarından yolda olan lil qatının təmizlənməsi, həmçinin təmir-bərpa işləri üçün əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) canlı qüvvəsi və texnikası cəlb edilib.

Eyni zamanda, sel səbəbindən yararsız vəziyyətə düşən rabitə və elektrik naqilləri, dirəkləri bərpa edilir.

Xatırladaq ki, ötən gün yağan güclü leysan yağışından sonra dağlardan gələn sel suları səbəbindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunu bağlanmışdı. Bir neçə avtomobil sel suları altında qalmışdı.

İnsan tələfatı olmasa da, fərdi evlərə, iaşə obyektlərinə, fərdi təsərrüfatlara zərər dəyib. Hazırda dəymiş zərərin hesablanması üçün rayon FHK-nin üzvləri selin fasadları ilə bağlı ərazilərə baxış keçirirlər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər