Menyu

Sel nəticəsində bağlanan Giləzi-Xızı avtomobil yolu açılıb (YENİLƏNİB)

Sel nəticəsində bağlanan Giləzi-Xızı avtomobil yolu açılıb (YENİLƏNİB)

Xızıda yağan qısamüddətli leysan yağışı nəticəsində bağlanan Giləzi-Xızı yolu açılıb.

"Operativ Media" xəbər verir ki, yolda avtomobillərin hərəkəti bərpa olunub və köməksiz vəziyyətdə qalan şəxslərə müvafiq yardım göstərilib.//APA//

*** 22:05

Xızıda yağan qısamüddətli leysan yağışları bir sıra fəsadlar törədib.

"Operativ Media" xəbər verir ki, sel suları nəticəsində yaranan palçıq kütləsi Giləzi-Xızı avtomobil yolunun hərəkət hissəsinə dolub. Bu səbəbdən hazırda yol bağlanıb.

Hadisə şahidlərinin bildirdiyinə görə Giləzi-Xızı avtomobil yolunun 6-10-cu kilometrliklərində avtomobillərdə köməksiz vəziyyətdə qalanlar var.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, Dövlət Yol Polisi əməkdaşları, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumunun və digər müvafiq icra strukturlarının nümayəndələri cəlb olunub.//AZƏRTAC//

Teqlər:

"Sel n\u0259tic\u0259sind\u0259 ba\u011flanan Gil\u0259zi-X\u0131z\u0131 avtomobil yolu a\u00e7\u0131l\u0131b (YEN\u0130L\u018fN\u0130B)"

Əlaqəli Xəbərlər