30 Avqust 2023, 18:19
İyunun 1-dək tikintisi başa çatmış qeyri-yaşayış binalarının istismarına icazənin forması təsdiqlənib
İyunun 1-dək tikintisi başa çatmış qeyri-yaşayış binalarının istismarına icazənin forması təsdiqlənib şəkil
İyunun 1-dək tikintisi başa çatmış qeyri-yaşayış binalarının istismarına icazənin forması təsdiqlənib

Nazirlər Kabineti “2023-cü il iyunun 1-dək tikinti obyektinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində yaradılmış bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların istismarına icazənin forması”nı təsdiqləyib. 

"Operativ Media" nın xəbərinə görə, qərar “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli 2181 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib.

Qərarla 2023-cü il iyunun 1-dək tikinti obyektinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində yaradılmış bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaları ilə bağlı məlumatların və göstəricilərin əks olunduğu istismara icazənin forması təsdiq edilir.

İstismara icazə verən dövlət orqanları tərəfindən adıçəkilən Fərmanın əhatə etdiyi qeyri-yaşayış təyinatlı binalar istismarına icazə vahid forma üzrə veriləcək.

Son xəbərlər
Türkiyə Prezidenti Avropa Komissiyasının sədri ilə Suriyadakı vəziyyəti müzakirə edib
Ərdoğan İtaliyanın Baş naziri ilə telefon danışığı aparıb
Elektron alış aktının tətbiqi ilə bağlı qaydalarda dəyişikliklər edilib
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
"Qarabağ" İsveçə yollandı - FOTOLAR
On bir ayda 7,254 ton tütün xammalı ixrac olunub
XİN: Suriyada baş verən prosesləri izləyirik
MN: Komando bölmələrinin döyüş hazırlığı yüksək səviyyədə saxlanılır