31 Avqust 2023, 08:24
Ev heyvanlarına qulluq zamanı nələrə diqqət etməliyik?
Ev heyvanlarına qulluq zamanı nələrə diqqət etməliyik? şəkil
Ev heyvanlarına qulluq zamanı nələrə diqqət etməliyik?

Ev heyvanına sahib olmaq qərarı ciddi məsuliyyətlər tələb edir. Ev heyvanları sağlam və xoşbəxt həyat sürmək üçün düzgün qidalanmaya və qayğıya ehtiyac duyurlar. 

Veterinar Dr. İlkin Qəmbərli "Operativ Media"ya açıqlamasında bildirib ki, heyvan qulluğunda əsas faktor heyvanların düzgün qidalanmasıdır:

"Heyvanlar üçün filterlənmiş suların istifadəsi tövsiyə edilir. Yağlı, qızarmış, duzlu, şirin kimi qidalar onların sağlığı üçün məsləhətli deyil. Qaynadılmış ət və toyuq məhsullarının verilməsi uyğundur, lakin bəzi həssas cinslərdə toyuğa, balığa qarşı allergiya olma ehtimalı var. Eyni zamanda, qaynadılmış kök, brokoli, düyü, qarabaşaq kimi qidaları şorba halına gətirib ev heyvanlarının qida rasionuna əlavə etmək olar. Əksər vitaminlər isə ətin tərkibində mövcuddur".

O qeyd edib ki, ev heyvanlarının peyvəndlərini və qurd dərmanlarını əskik etməmək vacibdir:

"Cinsindən asılı olaraq bir aylığından sonra heyvanlara qurd dərmanı və peyvəndlər tətbiq olunur və peyvəndlərdən sonra mütləq şəkildə 10 gün müddətinə o, karantinə alınır. Bu zaman çimizdirilmir, gəzdirilmir ki, xəstələnməkdən qorunsun. Onları bit-birədən, gənələrdən qorumaq üçün xüsusi vasitələrdən istifadə olunur. Ağız boşluqlarına mütəmadi fikir vermək lazımdır ki, dişlərində karies əmələ gəlməsin. Pişiklər ildə iki-üç dəfə çimizdirilməli, mütəmadi daranmaladırlar ki, ölü tüklərdən heyvan azad olsun və tükləri parlaq qalsın. İtlərin hər gəzinti sonrası pəncələri nəm salfet ilə silinməlidir. Cavan heyvanlara kontrol altı aydan bir, yaşlı heyvanlara ildə bir dəfə "check-up" mütləqdir. Buraya ürəyin, rentgeni, qan analizləri daxildir, çünki dördayaqlılarımızın bədənində baş verən proseslərdən məlumatlı olaq".

Veterinar qeyd edib ki, fiziki cəhətdən heyvan qulluğunda ən əsas faktor ona sevgi verməkdir:

"Unutmamaq lazımdır ki, zamanla ailənin bir fərdinə çevrilən heyvana mənəvi dəstək olmaq vacib şərtdir. Onlara vaxt ayırmaq, təmiz havada gəzdirmək, oyunlar oynamaq da onların sağlamlığına və enerjilərinə xüsusi təsir göstərir".

Sevinc İbrahimzadə

Son xəbərlər
Putin Orbanın atəşkəs təklifinə münasibət bildirib
Müharibə zonalarında həlak olan jurnalistlərin sayı açıqlanıb
Fəxrəddin Altun: Türkiyə bundan sonra da Suriya xalqını dəstəkləyəcək
Qubada partlayışda xəsarət alan şəxs ölüb
SOCAR-ın kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
İraqda güclü zəlzələ olub
Qubada qəza olub, 5 nəfər xəsarət alıb
Ulu Öndərin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
Bakının bəzi rayon və qəsəbələrində qaz olmayacaq
Ərdoğan Macarıstan Prezidenti ilə görüşüb
Robert Fiço: Qərb gələcəkdə Ukraynanı qurban verə bilər