31 Avqust 2023, 19:58
Kənd Təsərrüfatı Nazirliyində qanvermə aksiyası keçirilib
Kənd Təsərrüfatı Nazirliyində qanvermə aksiyası keçirilib şəkil
Kənd Təsərrüfatı Nazirliyində qanvermə aksiyası keçirilib

Kənd Təsərrüfatı Nazirliyində hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyası keçirilib.

Bu barədə "Operativ Media"ya Nazirlikdən məlumat verilib.

Qanvermə aksiyası Kənd Təsərrüfatı Nazirliyinin və Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının birgə təşəbbüsü ilə baş tutub.

Aksiyada Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi, nazirliyin və tabeli qurumlarının əməkdaşları, Aqrar İnkişaf Könüllüləri iştirak edib.

Həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.

Aksiyaya qoşulanlar qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin savab iş olduğunu vurğulayıb, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildiriblər.

Belə xeyriyyə tədbirlərinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Son xəbərlər
XİN: İsrailin İran ərazisinə qarşı həyata keçirilmiş hərbi əməliyyatlardan ciddi şəkildə narahatıq
Milli Məclis Prezident və Birinci vitse-prezidentə təbrik məktubu ünvanlayıb
Ağdamda insana məxsus olması ehtimal edilən sümük fraqmentləri şkar edilib
İsrailin İranın şərqindəki hücumları nəticəsində ölənlərin sayı 3-ə çatıb
Prezident: Azərbaycanın səhiyyə sistemi yüksək hazırlıqlı kadr potensialına malikdir
Shafaq News: 150-dən çox İran PUA-sı İraq hava sərhədindən keçir
Tehran BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir
"Karvan" I liqada evdə ən çox azarkeş toplayan komanda oldu