Bakı-Şamaxı-Yevlax yolunda hərəkət məhdudlaşdırılacaq
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 10-68-ci km-lik hissəsində üfüqi nişanlanma xətlərinin çəkilişi, 10-120-ci km-lik hissəsində isə yol-nəqliyyat hadisələri zamanı sıradan çıxmış əyrixətli dəmir tirlərin təmiri və dəyişdirilməsi işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) "Operativ Media" ya verilən məlumata görə, sözügedən işlər bu gün axşam saat 23:00-a qədər davam etdiriləcək. Yolun sözügedən hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net