02 Sentyabr 2023, 17:00
FHN biznes mərkəzində yanğın-taktiki təlim keçirib
FHN biznes mərkəzində yanğın-taktiki təlim keçirib şəkil
FHN biznes mərkəzində yanğın-taktiki təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153 ünvanında yerləşən “Port Baku Tower 2” biznes mərkəzində “İnzibati binalarda baş vermiş yanğınların söndürülməsi və insanların təxliyəsinin düzgün təşkili” mövzusunda yanğın-taktiki təlim keçirib.

FHN-dən "Operativ Media" ya verilən xəbərə görə, təlimin keçirilməsində əsas məqsəd şəhər ərazisində yerləşən inzibati binalarda yanğın baş verdikdə əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsindən ibarət olub.

Təlim zamanı baş vermiş şərti yanğın yerinə operativ çatan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin ərazi yanğından mühafizə bölmələri işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatını yerinə yetiriblər.

 

Uğurla icra olunan təlimdən sonra yanğından mühafizə bölmələrinin fəaliyyəti müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

 

Son xəbərlər
XİN: İsrail tərəfinən İran ərazisinə qarşı həyata keçirilmiş hərbi əməliyyatlardan ciddi şəkildə narahatıq
Milli Məclis Prezident və Birinci vitse-prezidentə təbrik məktubu ünvanlayıb
Ağdamda insana məxsus olması ehtimal edilən sümük fraqmentləri şkar edilib
İsrailin İranın şərqindəki hücumları nəticəsində ölənlərin sayı 3-ə çatıb
Prezident: Azərbaycanın səhiyyə sistemi yüksək hazırlıqlı kadr potensialına malikdir
Shafaq News: 150-dən çox İran PUA-sı İraq hava sərhədindən keçir
Tehran BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir
"Karvan" I liqada evdə ən çox azarkeş toplayan komanda oldu