03 Sentyabr 2023, 15:47
Astarada sənədləri olmayan 3 ov tüfəngi aşkar edilib
Astarada sənədləri olmayan 3 ov tüfəngi aşkar edilib şəkil
Astarada sənədləri olmayan 3 ov tüfəngi aşkar edilib

Astarada qanunsuz olaraq odlu silah saxlama və yerin təkindən istifadə faktları aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanması istiqamətində keçirilən növbəti profilaktiki tədbirlər nəticəsində 3 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan müxtəlif markalı ov tüfəngləri aşkar edilib. Həmin faktlarla bağlı qanunamüvafiq tədbirlər görülməklə silahlar aidiyəti üzrə təhvil verilib.

Bundan əlavə, şöbə əməkdaşlarının ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi məqsədilə keçirdikləri tədbirlər zamanı Xəzər dənizinin rayon ərazisindəki sahil zonasından qanunsuz qum daşınması ilə bağlı 2 fakt aşkarlanıb və həmin hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin 228-ci (İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə) maddəsilə inzibati qaydada protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.

Son xəbərlər
Araqçi: ABŞ İranı vurmaq üçün İsrailə yaşıl işıq yandırıb
Bir sıra generalların vəzifədə olması üçün yaş senzinin ləğvi ilə bağlı qanuna dəyişiklik qüvvəyə minib
Milli Məclisin növbəti iclası iyunun 21-də keçiriləcək
Uşaq ədəbiyyatının mənəvi tərbiyədə rolu
Rusiya aviaşirkətlərinə 4 ölkənin hava məkanında uçuşlar qadağan edilib
Peskov: Rusiya İran və İsrail arasında gərginliyin kəskin artmasından narahatdır
Fridrix Merz: Almaniyadakı yəhudi qurumlarının müdafiəsi artırılacaq
Bəzi çaylarda sululuq artacaq