04 Sentyabr 2023, 20:51
Şirvan sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb (YENİLƏNİB)
Şirvan sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb (YENİLƏNİB) şəkil
Şirvan sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb (YENİLƏNİB)

Şirvan sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, 1972-ci il təvəllüdlü Elşən İslamov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

*** 20:32

Şirvan sakini qətlə yetirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, sentyabrın 4-də saat 19 radələrində Şirvan şəhər sakini Y.Bağırovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcəkdir.

Son xəbərlər
AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını artırır
Rusiya və Ukrayna arasında əsir mübadiləsi aparılıb
Qanunsuz silah-sursat əldə etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
İran: Nüvə danışıqları mənasızlaşıb
Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı olub - YENİLƏNİB
"Salam Air" Azərbaycana uçuşları təxirə salıb
İrandan Rusiyaya "təzə qarpız" adı ilə aparılan yük narkotik çıxıb
"Şamaxı" azərbaycanlı futbolçunu komandada saxladı