05 Sentyabr 2023, 15:38
Son bir ayda Dövlət Məşğulluq Agentliyi 1444 şəxsi peşə kurslarına cəlb edib
Son bir ayda Dövlət Məşğulluq Agentliyi 1444 şəxsi peşə kurslarına cəlb edib şəkil
Son bir ayda Dövlət Məşğulluq Agentliyi 1444 şəxsi peşə kurslarına cəlb edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin avqust ayı ərzində 1444  şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub. 
 
ƏƏSMN-dən "Operativ Media"ya verilən məlumata görə, onlardan 500 nəfəri üçün Agentliyin Bakı, Gəncə və Göyçay, 944 nəfəri üçün isə özəl tədris müəssisələrində peşə kursları təşkil olunub. Kurslarda iştirakçılara müxtəlif peşələr üzrə nəzəri və praktiki biliklər tədris edilir. 

Kursları bitirənlərin yeni yiyələndikləri peşələr üzrə işlə təminatına dəstək verilməsi işləri də aparılır. Ötən ay peşə hazırlığı kursları başa çatan 834 nəfərdən artıq 795 nəfəri (95,3 faizi) işlə təmin olunub.

Son xəbərlər
Azərbaycan HDQ-nin gəmiləri "Xəzri-2025" birgə taktiki təlimi üçün yola düşüb
İlham Əliyev Britaniya Kralını təbrik edib
AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını artırır
Rusiya və Ukrayna arasında əsir mübadiləsi aparılıb
Qanunsuz silah-sursat əldə etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
İran: Nüvə danışıqları mənasızlaşıb
Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı olub - YENİLƏNİB
"Salam Air" Azərbaycana uçuşları təxirə salıb