05 Sentyabr 2023, 15:43
“TikTok”da “falçılıq”, “baxıcılıq adı altında vətəndaşları aldadan şəxs saxlanılıb
“TikTok”da “falçılıq”, “baxıcılıq adı altında vətəndaşları aldadan şəxs saxlanılıb şəkil
“TikTok”da “falçılıq”, “baxıcılıq adı altında vətəndaşları aldadan şəxs saxlanılıb

“TikTok” sosial şəbəkəsində vətəndaşların pul vəsaitlərinin “falçılıq”, “baxıcılıq”, “taleyin dəyişidirilməsi” və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla aldanılması barədə polisə çoxsaylı müraciətlər daxil olub.

"Operativ Media" xəbər verir ki, qeyd edilən qanunsuz hallar nəzərə alınaraq bu tipli talama əməllərində şübhəli bilinən şəxs - 1985-ci il təvəllüdlü Fuad Məmmədov Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla həmin şəxsin sosial şəbəkələrdə özünü “falçı” və “baxıcı” kimi təqdim edərək vətəndaşların müxtəlif məbləğlərdə pul vəsaitlərini onlayn köçürmə formasında ələ keçirdiyi müəyyən edilib. F.Məmmədov məsuliyyətdən yayınmaq üçün pulunu ələ keçirdiyi şəxslərin hesablarını sonradan bloklayıb. 

Qeyd olunan faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. F.Məmmədovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə müraciət edə bilərlər.

Son xəbərlər
Gömrük borcu ilə bağlı yeni qayda tətbiq olunacaq
Daşınmaz əmlakın qeydiyyatına dair yeni prosedur müəyyənləşir
DİN: Qadın adları ilə profillər yaradıb vətəndaşların pullarını talayan şəxs saxlanılıb
İsrailin İrana endirdiyi zərbə nəticəsində 6 nüvə alimi öldürülüb
"İnter"ə Hakan Çalhanoğlunun transferi üçün heç bir təklif gəlməyib
BMT Qəzzada dərhal atəşkəs tələb edən qətnaməni təsdiqləyib
Azərbaycan nefti bahalaşıb
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub