Menyu

Yevlax Pilot Aqroparkda daha iki sahibkara rezident statusu verilib

Nərmin Qocamanlı
Yevlax Pilot Aqroparkda daha iki sahibkara rezident statusu verilib
1 dəq oxu

Yevlax Pilot Aqroparkda fərdi sahibkarlar Bəxtiyar Əsgərov və Əhməd Muradova rezident statusu verilib.

"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün X hesabında bildirib.

O qeyd edibki, rezidentlər tərəfindən 37,3 hektar sahədə investisiya həcmi 327 min manat olan intensiv meyvə bağları salınacaq, 12 nəfər daimi, 28 nəfər isə mövsümi işlə təmin ediləcək.

Əlaqəli Xəbərlər