07 Sentyabr 2023, 16:32
Daha bir şəhidin yeni doğulan körpəsinə hesab açılacaq
Daha bir şəhidin yeni doğulan körpəsinə hesab açılacaq şəkil
Daha bir şəhidin yeni doğulan körpəsinə hesab açılacaq

11 aprel 2023-cü il tarixində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısı alınarkən şəhid olan Elşad Həsənovun Bakı şəhərində doğulan övladı Əzizin zəruri xərcləri "YAŞAT" Fond tərəfindən qarşılanıb.

Fonddan “Operativ Media” ya verilən xəbərə görə, bu məqsədlə 1000 AZN vəsait ananın hesabına köçürülüb. Dünyaya yeni göz açan körpə - Əzizin adına isə depozit hesabı açılacaq və 5000 AZN vəsait onun hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.

Şəhidin övladı həmin vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.

Layihə indiyədək 107 şəhid övladını əhatə edib.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir. Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau
Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Son xəbərlər
Lionel Messi Azərbaycan səfəri ilə bağlı paylaşım etdi
13 Dekabr 2024, 00:33
AL: "Qarabağ" "Elfsborq" səfərində - YENİLƏNİR
Netanyahu: Bir gün İran azad olacaq
"Qalatasaray" "Malmö" ilə heç-heçə etdi
Quterreş İsraili Suriyaya hücumları dayandırmağa çağırıb
Ərdoğan Blinkenlə görüşüb
Türkiyə və Ermənistan nümayəndələri görüş keçirib
"Qarabağ" - "Elfsborq" matçının start heyətləri açıqlandı