http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

“Makler evləri"nin çıxarış məsələsi necə olacaq?

08 Sentyabr 2023 , 16:37
“Makler evləri"nin çıxarış məsələsi necə olacaq?

Bakı və Abşeronda 450 mindən çox sənədsiz ev var. Sənədsiz evlərin probleminin həlli isə hələ də real görünmür. Bu tipli evlərin sayı isə durmadan artır. Xüsusilə “Makler evləri" kimi bilinən yeni evlər var ki, kiçik bir torpaq sahəsində bir neçə ev tikilərək satılır.

“Operativ Media” bu evlərin problemlərini və gələcək taleyinin necə olacağını araşdırıb. 

“Makler evləri"nin daha çox təklif olunduğu ərazilər Xırdalan, Masazır, Binə, Hövsan, Ramanadır.

Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyevin sözlərinə görə, bu evlərə tələbat son illərdə artıb:

“Əvvəllər də maklerlərin tikib satdığı evlər olurdu. Amma insanlar istəyir ki, özü tiksin, tikintidə iştirak etsin. Çünki tikinti zamanı hansı materiallar işlənib bilmək istəyir. Son zamanlar isə kimlərsə 10 sot torpaq alır, içində də az qala 10 dənə ev tikir. Onların təməli necədir, hansı marka sement işlədiblər sual altındadır. Tikinti təhlükəsizliyi ilə bağlı böyük bir sual var”.

Ekspert deyir ki, paytaxtda kirayə mənzillərin qiymətinin bahalaşması bu evlərə tələbatı artırıb:

“Alan insan düşünür ki, hər ay 500 manat verməkdənsə, elə öz evim olsun. Qaz, işıq, su ilə təmin olunanlar da var, amma adətən çoxunda qaz olmur. Hətta su da problemdir. Həyət ya çox az, ya da heç olmur. Elə ona görə də bu evləri 10 min manata da tapmaq olur. Qiyməti onun hansı keyfiyyətdə olduğunu göstərir. Bir müddət sonra isti-soyuqdan divar kağızları sıradan çıxır, əksəriyyətində nəmişlik olur. Zəlzələ olarsa, təhlükəni artıq demirəm”.

Nofəl Quliyevin sözlərinə görə, “Makler evləri"nin normativ sənədləri olmadığından həmin evə qeydiyyata da düşmək olmur.

“Kimlərsə hansısa yollarla tikintini edib başa çatdırırlar. Kupça almaq isə mümkün olmur. Torpağın təyinatı uyğun olmalıdır, icra hakimiyyətindən tikintiyə icazə və digər sənədlər lazımdır ki, çıxarış alınsın. Amma faktiki olaraq kupçanın alınması real deyil”.

OXŞAR XƏBƏRLƏR
Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Bakıda veloyürüş keçiriləcək

Bakıda veloyürüş keçiriləcək

Türkiyə MN Azərbaycanı təbrik edib

Türkiyə MN Azərbaycanı təbrik edib

XƏBƏR LENTİ
  • Dünən
    23:22

    Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb
  • Dünən
    22:35

    Qobustan qəsəbəsində yanğın baş verib
  • Dünən
    22:23

    Azərbaycan PL-də 7-ci tura yekun vurulub
  • Dünən
    21:35

    Hakan Fidan ABŞ-də səfərdədir
  • Dünən
    21:12

    Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb
  • Dünən
    20:20

    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
  • Dünən
    20:09

    İranda güclü zəlzələ olub - YENİLƏNİB
  • Dünən
    20:02

    Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi
Menyu