Menyu

FHN əməkdaşları yağış nəticəsində yaşayış yeri yararsız vəziyyətə düşən şəxsə müvəqqəti çadır ev qurub

FHN əməkdaşları yağış nəticəsində yaşayış yeri yararsız vəziyyətə düşən şəxsə müvəqqəti çadır ev qurub
1 dəq oxu

Fövqəladə Hallar Nazirliyinə Qəbələ rayonu, Uludaş kənd sakini Mikayılov Asim Ağasadiq oğluna məxsus evin yağan intensiv yağışlar nəticəsində yaşayış üçün yararsız vəziyyətə düşməsi barədə məlumat daxil olub.

FHN-dən "Operativ Media" ya verilən xəbərə görə, bununla əlaqədar FHN-in Şimal-qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən Uludaş kənd sakini Mikayılov Asim Ağasadiq oğlu üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib.

Əlaqəli Xəbərlər