Menyu

Naxçıvandan tranzit keçən TIR-da güclü təsiredici dərmanlar aşkarlanıb

Naxçıvandan tranzit keçən TIR-da güclü təsiredici dərmanlar aşkarlanıb

Naxçıvanda gömrük postunda güclü təsiredici dərman preparatları aşkarlanıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən "Operativ Media"  ya verilən məlumata görə, Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan Respublikasının ərazisindən tranzit keçən nəqliyyat vasitəsinə gömrük baxışı zamanı yük nəqliyyat vasitəsinin kabinində gömrük nəzarətinə bəyan olunmayan, 10 həb “Tramadol 200”, 10 həb “Namadol-225mg”, ümumilikdə 20 həb güclü təsiredici dərman preparatı aşkarlanıb.

Qeyd olunub ki, “Tramadol” Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər