Masallının 13 yaşayış məntəqəsinin qaz təchizatında fasilə yaranıb
Bu gün qaz xəttinin zədələnməsi nəticəsində Masallı rayonunun 13 yaşayış məntəqəsinin (14 min abonent) qaz təchizatında fasilə yaranıb.
Bu barədə “Operativ Media”ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, “Masallı 1 və 2” ölçü qovşağından qidalanan Masallı rayonunun Ərkivan qəsəbəsindən keçən orta təzyiqli yeraltı qaz xəttinin (internet kabeli çəkən təşkilat tərəfindən) zədələnməsi ilə bağlı bu gün saat 10:00-dan işlər başa çatanadək qaz təchizatı dayandırılıb.
Hazırda təmir-bərpa işləri aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net