Menyu

Bakıda marşrut avtobuslarının sayı artırıldı

Bakıda marşrut avtobuslarının sayı artırıldı

Bakıda 12 marşrut xətti üzrə sərnişindaşımaya əlavə 20 avtobus cəlb edilib.

Bu barədə "Operativ Media" ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

"Ümumilikdə 43 marşrut xətti üzrə sərnişin daşınmasına əlavə olaraq 132 avtobus buraxılıb.

Bunlar 1, 2, 3, 6, 7A, 7B, 11, 13, 14, 17, 21, 31, 33, 38, 40, 46, 49, 50, 60, 67, 71, 77, 79, 88, 92, 96, 113, 114A, 114B, 119, 125, 133, 135, 136, 160, 165, 172, 179, 189, 199, 206, 214 və M8 marşrut xətləridir.

Hazırda müntəzəm avtobus marşrutlarına çıxarılan nəqliyyat vasitələrinin ümumi sayı 1 886-dır. Ötən ilin eyni dövründə bu rəqəm 1 697 olub", - məlumatda deyilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər