13 Sentyabr 2023, 16:27
Yanvar-avqust aylarında 223 minədək şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib
Yanvar-avqust aylarında 223 minədək şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib şəkil
Yanvar-avqust aylarında 223 minədək şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin yanvar-avqust aylarında 223 minədək şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Onlardan 67,2 mini “Əmək və Məşğulluq” altsistemindəki vakansiya bankına yerləşdirilən vakansiyalar üzrə işlə təmin edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Operativ Media"ya verilən məlumata görə, həmin dövrdə 10,2 min şəxs özünüməşğulluq proqramına cəlb olunub. Təlim kurslarında iştirak etdikdən sonra onların kiçik bizneslərini yaratmaları üçün aktivlərlə təminatı həyata keçirilib.

Son 8 ayda 8,6 min işsiz şəxs üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində həm agentliyin Peşə Hazırlığı Mərkəzlərində, həm də özəl tədris müəssisələrində peşə hazırlığı kursları təşkil edilib.

Digər bir istiqamət olaraq 136,8 min şəxsə peşəyönümü xidmətləri göstərilib.

Son xəbərlər
İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb
Paşinyan Brüsselə gedəcək
Tramp yaxın iki həftə ərzində İrana zərbə ilə bağlı qərar verəcək
Azərbaycanlı məktəbli beynəlxalq olimpiadada qızıl medal qazanıb
Liderlər "Maraş dondurması"nın dadına baxıblar - VİDEO
19 İyun 2025, 21:35
Sertifikatlaşdırma imtahanları vahid sistem vasitəsilə izlənilir
Vətən müharibəsində Azərbaycanın mülki infrastrukturuna vurulan ziyanla bağlı sənədlər məhkəmədə tədqiq olunub
Almaniya İrandakı vətəndaşlarına Azərbaycan sərhədini tövsiyə edib