13 Sentyabr 2023, 17:04
İlin sonuna qədər sığortalı fermerlərə dəymiş ziyana görə ödəniş ediləcək
İlin sonuna qədər sığortalı fermerlərə dəymiş ziyana görə ödəniş ediləcək şəkil
İlin sonuna qədər sığortalı fermerlərə dəymiş ziyana görə ödəniş ediləcək

“Bəzi hallarda görürük ki, fermerlərimiz əkini edirlər, bütün aqro texniki qulluğu edirlər və mövsümün sonunu gözləyirlər ki, dekabrın 31-dək bəyan etmək imkanı var. O müddətə kimi sığorta müqaviləsi bağlamırlar və həmin dövrdə müqavilə bağlanmadığı müddətdə müştərinin sığorta hadisəsi baş verir. Nə məhslunu əldə edə bilir, nə də təkrar əkinini edə bilir. Buna görə də Aqrar Sığorta Fondu fermerləri əkinlərini vaxtında bəyan etməyə, eyni zamanda buna uyğun olaraq sığortalamağa və sığorta müqaviləsi əldə etməyə çağırır”.

Bunu “Operativ Media”ya Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib. O həmçinin 2023-cü ildə ediləcək ödənişlər barədə məlumat verib.

“Bu il kifayət qədər böyük - 150 milyon manatlıq istehsal həcmi olan ərazilərə tam və ya qismən ziyan dəyib. İlin sonuna qədər sığorta müqaviləsi vaxtında əldə etmiş, sığorta hadisəsi ilə rastlaşmış, maliyyə itkiləri ilə üzləşən fermerlere dövlət sığorta təzminatı formasında dəstək olacaq. Bu yalnız sığortal fermerlərə şamil ediləcək”.

Qeyd edək ki, ölkədə əkin sahəsi üzrə hesablanan ümumi sığorta haqqının 50%-i fermerlərə dəstək məqsədilə dövlət tərəfindən ödənilir. Aqrar Sığorta Fondu indiyədək baş verən sığorta hadisələri üzrə 2022-ci ildə 2,4 milyon manat, 2023-cü ilin ilk 6 ayında isə 1,3 milyon manat sığorta ödənişi həyata keçirib.

Son xəbərlər
İran: Nüvə danışıqları mənasızlaşıb
Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı olub - YENİLƏNİB
"Salam Air" Azərbaycana uçuşları təxirə salıb
İrandan Rusiyaya "təzə qarpız" adı ilə aparılan yük narkotik çıxıb
"Şamaxı" azərbaycanlı futbolçunu komandada saxladı
AZAL-ın daha bir neçə reysi ləğv edilib - SİYAHI
Vüqar Kərəmov yaponiyalı döyüşçünü məğlub etdi
İran daha bir İsrailə məxsus F-35 döyüş təyyarəsini vurub