Ötən ay 32 aptekdə yoxlama aparılıb, nöqsanlar aşkarlanıb
2023-cü ilin avqust ayı ərzində ümumilikdə 32 aptekdə planlı və plandan kənar yoxlamalar həyata keçirilib.
Bu barədə "Operativ Media" ya Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Bildirilib ki, 3 aptek təşkilatında nöqsanlar aşkarlanaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokollar tərtib edilib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma