http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 28 ° C

Bakıdan birbaşa uçuş həyata keçirən lou-kosterlərin sayının artması qiymətlərə necə təsir edib?

15 Sentyabr 2023 , 16:26
Bakıdan birbaşa uçuş həyata keçirən lou-kosterlərin sayının artması qiymətlərə necə təsir edib?

Artıq Bakıdan daha ucuz qiymətə xarici ölkələrə səfər etmək mümkün olacaq. 

“Operativ Media” ya açıqlama verən turizm üzrə ekspert Elgün Babayevin sözlərinə görə, 10-a yaxın lou-koster sxemi ilə uçuş həyata keçirən aviadaşıyıcı Bakıdan birbaşa uçuşlar həyata keçirir.

Ekspert bildirir ki, aşağı büdcəli aviadaşıyıcıların fəaliyyətinin genişlənməsi qiymətlərdə özünü göstərir:

“Son bir ildə lou-kosterlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Abu-dabi, Dubaya 120 manata gediş-gəliş mümkündür. Avropa ölkələrinə də uçuşlar var. Oktyabr-noyabr ayı üçün İtaliya biletləri var idi 200 manata. Əsas məsələ biletləri bir neçə ay qabaqcadan almaq lazımdır”.

Elgün Babayev deyir ki, aşağı büdcəli daşıyıcılar daimi daşıyıcılar müqayisə xidmət səviyyəsi aşağıdır. Bu aviadaşıyıcılarla səyahət zamanı baqaj, yemək, su əlavə ödənişlidir. Lakin, həm xarici ölkələrdən gələn turistlərin, həm də yerli turistlərin marağı böyükdür. Lou -kosterlərin sayının artmasının digər aviadaşıyıcıların bilet qiymətinə təsir edəcəyi isə gözlənilmir:

“Yer seçimi imkanı ödənişlidir. Uçuş zamanı su, qida və digər xidmətlər ödənişlidir. Oturcaqlarında belə fərq hiss olunur. Amma, qiymətlərə baxanda insanlar daha çox lou-kosterlərə üstünlük verir. Lou-kosterlərin sayının artması isə digər daimi aviadaşıyıcıların qiymətlərinə təsir etməyəcək. Çünki onların xidməti dəyişmir. Bir qayda olaraq yük baqajı, qidalanma qiymətə daxildir.

Ekspert onu da bildirdi ki, əvvəllər lou-kosterlər bir çox hallarda uçuşları təxirə salırdı. Müştərinin biletinin ödənişi geri qaytarılsa da, yeni bilet daha baha başa gəlirdi. Son zamanlar isə bu hal yaşanmır.

OXŞAR XƏBƏRLƏR
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ

Yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ

Sabah bəzi rayonlara qar yağacaq

Sabah bəzi rayonlara qar yağacaq

Tanışını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Tanışını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

XƏBƏR LENTİ
  • 14:11

    MN Xocavənddə müsadirə edilmiş silah-sursatın videosunu yayıb
  • 14:07

    Türkiyə Ordusu 5 terrorçunu zərərsizləşdirib
  • 13:49

    DİN: Təslim olmuş erməni hərbçilərin Qarabağdan çıxışı təmin olunacaq
  • 13:46

    Yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
  • 13:29

    Sabah bəzi rayonlara qar yağacaq
  • 13:13

    Tanışını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  • 12:55

    Sabunçuda yük maşını ilə minik avtomobili toqquşub, 1 nəfər xəsarət alıb - YENİLƏNİB/VİDEO
  • 12:36

    Paşinyan: Müstəqillik, yoxsa əyalətə çevrilmək istədiyimizə qərar verməliyik
Menyu