http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Sərxoş vəziyyətdə qəza törədən qazi bir nəfərin ölümünə səbəb olub

16 Sentyabr 2023 , 12:02
Sərxoş vəziyyətdə qəza törədən qazi bir nəfərin ölümünə səbəb olub

 Sentyabrın 14-də Mingəçevirdə "Lexus" markalı avtomobilin idarə etməni itirərək işıq dirəyinə çırpılması nəticəsində bir nəfər ölüb, 3 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Ağır qəzanın təfərrüatları məlum olub.

"Operativ Media" xəbər verir ki, qəza zamanı avtomobili idarə edən Elmar Allahverdiyev sərxoş vəziyyətdə olub və avtomobili yüksək sürtlə idarə edib. Nəticədə isə idarəetməni itirərək işıq dirəyinə çırpıb.

Qəzada avtomobildə olan sərnişin - Elmar Allahverdiyevin həyat yoldaşı Allahverdiyeva Rahimə İmran qızı aldığı bədən xəsarətlərdən hadisə yerində ölüb.

Digər sərnişinlər, Elmar Allahverdiyevin övladları Allahverdiyev Əli Elmar oğlu, Allahverdiyeva Leyla Elmar və digər sərnişin Xudiyeva Lalə Əfqan qızı müxtəlif bədən xəsarətləri alıblar.

Fakt üzrə cinayət işi başlanaraq istintaq aparılır.

Qeyd edək ki, Elmar Allahverdiyev keçmiş hərbçi olub, aprel döyüşlərinda iştirak edib. Elmar Allahverdiyev “Tərtər işi”ndə ermənilərə casusluq ittihamı ilə həbs edilib. Bir müddət həbsdə saxlandıqdan sonra azadlığa buraxılan E.Allahverdiyev daha sonra Vətən müharibəsində iştirak edib və bir sıra medallarla təltif edilib. O, cəmiyyətdə sosial şəbəkələrdəki açıqlamaları və müsahibələri ilə daha çox tanınıb.

OXŞAR XƏBƏRLƏR
Qəbələdə yeniyetməni döyən polis xidmətdən xaric edilib - YENİLƏNİB

Qəbələdə yeniyetməni döyən polis xidmətdən xaric edilib - YENİLƏNİB

Xarici universitetlərdə təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirilib - YENİLƏNİB

Xarici universitetlərdə təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirilib - YENİLƏNİB

Sabah meteohəssas insanlar üçün hava necə olacaq?

Sabah meteohəssas insanlar üçün hava necə olacaq?

XƏBƏR LENTİ
  • Dünən
    23:55

    Rusiyada hərbi xidmət müddəti iki ilə qədər uzadıla bilər
  • Dünən
    23:36

    Filippin sahillərində güclü zəlzələ baş verib
  • Dünən
    23:33

    "Beşiktaş" klubunun yeni prezidenti bəlli oldu
  • Dünən
    23:23

    HƏMAS İsrail əsgərlərinin olduğu tuneli partladıb
  • Dünən
    23:12

    İsrail Qırmızı dənizə döyüş gəmiləri və sualtı qayıq göndərib
  • Dünən
    23:02

    Tanzaniyada daşqınlar 20 nəfərin həyatına son qoydu
  • Dünən
    22:51

    Qaxda qızılcaya ilk yoluxma qeydə alındı
  • Dünən
    22:44

    Estoniya-Rusiya sərhədi bağlana bilər
Menyu