http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Bazar gününə olan hava proqnozu: yağış yağacaq, dolu düşəcək

16 Sentyabr 2023 , 12:46
Bazar gününə olan hava proqnozu: yağış yağacaq, dolu düşəcək

Sentyabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən başlayaraq bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə "Operativ Media" ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Gecəyə doğru yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gün ərzində şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən başlayaraq bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 5-10° isti, gündüz 10-15° isti olacaq.

OXŞAR XƏBƏRLƏR
Şabranda silah-sursat aşkarlanıb

Şabranda silah-sursat aşkarlanıb

Bakıda yanğın baş verən bina polis nəzarətinə götürülüb - VİDEO

Bakıda yanğın baş verən bina polis nəzarətinə götürülüb - VİDEO

Bakının üç rayonunda su kəsiləcək

Bakının üç rayonunda su kəsiləcək

XƏBƏR LENTİ
  • 00:29

    Ceyhun Bayramov: “Azərbaycan sülh danışıqların ən qısa zamanda bərpasına sadiqdir”
    Ceyhun Bayramov: “Azərbaycan sülh danışıqların ən qısa zamanda bərpasına sadiqdir”
  • 00:27

    XİN rəhbəri: “Humanitar məsələlər”lə bağlı narahatlıqlar əsassızdır”
    XİN rəhbəri: “Humanitar məsələlər”lə bağlı narahatlıqlar əsassızdır”
  • 00:12

    Avropa Liqası: "Qarabağ" "Molde"ni məğlub edir - YENİLƏNİR
  • Dünən
    23:54

    Ceyhun Bayramov: “Azərbaycan öz ərazilərində qanunsuz hərbi mövcudluğa yol verə bilməzdi”
  • Dünən
    23:19

    Ceyhun Bayramov: "ATƏT həllin bir parçası olmaq şansını itirib"
  • Dünən
    23:04

    Ərdoğan BMT sammitində iştirak etmək üçün BƏƏ-yə səfər edib 
  • Dünən
    22:52

    Xersonda gün ərzində üçüncü dəfə partlayış baş verib
  • Dünən
    22:39

    Ceyhun Bayramov ATƏT-in iclasında regionda münaqişədən sonrakı reallıqlar barədə məlumat verib
Menyu