http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 28 ° C

Sumqayıtda aşkarlanan radioaktiv maddə “İzotop” xüsusi kombinatına aparıldı-Video

16 Sentyabr 2023 , 13:53
Sumqayıtda aşkarlanan radioaktiv maddə “İzotop” xüsusi kombinatına aparıldı-Video

Sumqayıtda aşkarlanan radioaktiv maddə Fövqəladə Hallar Nazirliyinin “İzotop” xüsusi kombinatına aparılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, sentyabrın 9-u Sumqayıt şəhəri, İnşaatçılar küçəsində yerləşən müəssisənin ərazisində radiasiya fonunun normadan artıq olması barədə nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında dərhal FHN-in qüvvələri cəlb olunub, müəssisənin ərazisində lokal yerdə qamma-şüalanmanın doza gücünün təbii fondan yüksək olduğu öz təsdiqini tapıb və bununla bağlı zəruri ilkin təhlükəsizlik tədbirləri görülüb, o cümlədən əraziyə kənar şəxslərin girişi müvəqqəti olaraq məhdudlaşdırılıb.

Faktla bağlı FHN tərəfindən aparılmış radiometrik-dozimetrik və spektrometrik ölçmələr, eləcə də nüvə-radioloji sınaq işləri nəticəsində şüalanma mənbəyinin dəqiq yeri müəyyən edilib.Fövqəladə Hallar Nazirliyi tərəfindən aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə müəssisənin ərazisində yer səthindən 40sm dərinlikdə aşkar olunan Cs (sezium) 137 radioaktiv maddəsi xüsusi təyinatlı texnika və avadanlıqların tətbiqi ilə ərazidən götürülərək, FHN-in “İzotop” xüsusi kombinatına aparılıb.

Əməliyyatdan sonra hadisə yerində təkrar müayinələr zamanı radiasiya fonunun normaya düşdüyü müəyyən olunub.

OXŞAR XƏBƏRLƏR
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ

Yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ

Sabah bəzi rayonlara qar yağacaq

Sabah bəzi rayonlara qar yağacaq

Tanışını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Tanışını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

XƏBƏR LENTİ
  • 14:07

    Türkiyə Ordusu 5 terrorçunu zərərsizləşdirib
  • 13:49

    DİN: Təslim olmuş erməni hərbçilərin Qarabağdan çıxışı təmin olunacaq
  • 13:46

    Yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
  • 13:29

    Sabah bəzi rayonlara qar yağacaq
  • 13:13

    Tanışını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  • 12:55

    Sabunçuda yük maşını ilə minik avtomobili toqquşub, 1 nəfər xəsarət alıb - YENİLƏNİB/VİDEO
  • 12:36

    Paşinyan: Müstəqillik, yoxsa əyalətə çevrilmək istədiyimizə qərar verməliyik
  • 12:22

    Qərbi Azərbaycan İcması Mirzoyanın BMT-dəki çıxışını qınayıb
    Qərbi Azərbaycan İcması Mirzoyanın BMT-dəki çıxışını qınayıb
Menyu