http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Sabah hava necə olacaq?

17 Sentyabr 2023 , 12:44
Sabah hava necə olacaq?

Sentyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Gecə və səhər ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 16-18° isti, gündüz 18-21° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-17° isti, gündüz 17-21° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12° isti olacaq.

OXŞAR XƏBƏRLƏR
Qəbələdə yeniyetməni döyən polis xidmətdən xaric edilib - YENİLƏNİB

Qəbələdə yeniyetməni döyən polis xidmətdən xaric edilib - YENİLƏNİB

Xarici universitetlərdə təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirilib - YENİLƏNİB

Xarici universitetlərdə təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirilib - YENİLƏNİB

Sabah meteohəssas insanlar üçün hava necə olacaq?

Sabah meteohəssas insanlar üçün hava necə olacaq?

XƏBƏR LENTİ
  • 00:18

    "Azərbaycanın ən parlaq ulduzu" mükafatının qalibləri bəlli olub
  • Dünən
    23:55

    Rusiyada hərbi xidmət müddəti iki ilə qədər uzadıla bilər
  • Dünən
    23:36

    Filippin sahillərində güclü zəlzələ baş verib
  • Dünən
    23:33

    "Beşiktaş" klubunun yeni prezidenti bəlli oldu
  • Dünən
    23:23

    HƏMAS İsrail əsgərlərinin olduğu tuneli partladıb
  • Dünən
    23:12

    İsrail Qırmızı dənizə döyüş gəmiləri və sualtı qayıq göndərib
  • Dünən
    23:02

    Tanzaniyada daşqınlar 20 nəfərin həyatına son qoydu
  • Dünən
    22:51

    Qaxda qızılcaya ilk yoluxma qeydə alındı
Menyu