http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

FHN Kürdəmirdə sexdə baş verən yanğınla bağlı məlumat yayıb

17 Sentyabr 2023 , 18:37
FHN Kürdəmirdə sexdə baş verən yanğınla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Kürdəmir şəhəri, Bakı prospektində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus dərzi sexində baş verdiyi və genişlənərək bitişik digər tikililərə, o cümlədən tikinti materiallarının satışı mağazalarına keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində yanğın baş verən ümumi sahəsi 16 kvadratmetr olan taxta konstruksiyalardan ibarət dərzi sexi, eləcə də ona bitişik ümumi sahəsi 50 kvadratmetr olan digər dərzi sexinin lambirdən ibarət tavanı 15 kvadratmetr sahədə və plastik qapısı yanıb.

Sexin qalan hissəsi və bitişik tikinti materiallarının satışı mağazaları yanğından mühafizə olunub.

OXŞAR XƏBƏRLƏR
Avropanın ən məşhur avtomobilləri hansılardır?

Avropanın ən məşhur avtomobilləri hansılardır?

Batumidə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş fotosərgi açılıb

Batumidə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş fotosərgi açılıb

“Azəriqaz”  və KOBİA nümayəndəsinin iştirakı ilə Salyanda sahibkarlarla görüş təşkil olunacaq

“Azəriqaz” və KOBİA nümayəndəsinin iştirakı ilə Salyanda sahibkarlarla görüş təşkil olunacaq

XƏBƏR LENTİ
  • 10:19

    Azərbaycanlı hakim Avropa Liqası matçına təyinat aldı
  • 10:03

    ÇL: "Qalatasaray" "Mançester Yunayted" səfərində
  • 09:58

    Avropanın ən məşhur avtomobilləri hansılardır?
  • 09:49

    Xidmət müddəti başa çatan bir qrup hərbi qulluqçu tərxis olunub
  • 09:45

    Dövlət Departamenti Qarabağda "etnik təmizləmə" iddialarını rədd edir
  • 09:25

    Azərbaycan nefti ucuzlaşıb
  • 09:23

    AMB-nin bu günə olan valyuta məzənnələri
  • 09:07

    Göyçayda narkokuryer saxlanılıb,ondan müxtəlif növ narkotik vasitələr götürülüb
Menyu