http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Əli Nağıyev: Vətən müharibəsində 6 nəfər hərbi qulluqçu itkin düşüb

18 Sentyabr 2023 , 10:48
Əli Nağıyev:  Vətən müharibəsində 6 nəfər hərbi qulluqçu itkin düşüb

"Əldə olunmuş sübutlar göstərir ki, itkin düşmüş hərbiçilərimizin xeyli hissəsi döyüş meydanlarında deyil, əsir düşərgələrində dəhşətli işgəncələr nəticəsində qətlə yetiriliblər".

"Operativ Media" xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hərbi təcavüz nəticəsində ölkəmiz xeyli sayda insan itkisinə, yüzlərlə şəhər və kəndlərimizin tamamilə dağıdılması ilə müşayiət olunan dəhşətli mərhumiyyətlərə məruz qalıb: “Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlardır”.

Ə.Nağıyev vurğulayıb ki, Vətən müharibəsində isə 6 nəfər hərbi qulluqçu itkin düşmüşdür. Əldə olunmuş sübutlar göstərir ki, itkin düşmüş hərbiçilərimizin xeyli hissəsi döyüş meydanlarında deyil, əsir düşərgələrində dəhşətli işgəncələr nəticəsində qətlə yetirilmişlər.

OXŞAR XƏBƏRLƏR
Avropanın ən məşhur avtomobilləri hansılardır?

Avropanın ən məşhur avtomobilləri hansılardır?

Batumidə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş fotosərgi açılıb

Batumidə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş fotosərgi açılıb

“Azəriqaz”  və KOBİA nümayəndəsinin iştirakı ilə Salyanda sahibkarlarla görüş təşkil olunacaq

“Azəriqaz” və KOBİA nümayəndəsinin iştirakı ilə Salyanda sahibkarlarla görüş təşkil olunacaq

XƏBƏR LENTİ
  • 10:52

    Oktyabrın 10-da Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək
  • 10:25

    Qarabağda antiterror tədbirləri zamanı şəhid olan daha 5 hərbçinin kimliyi müəyyənləşib
    Qarabağda antiterror tədbirləri zamanı şəhid olan daha 5 hərbçinin kimliyi müəyyənləşib
  • 10:19

    Azərbaycanlı hakim Avropa Liqası matçına təyinat aldı
  • 10:03

    ÇL: "Qalatasaray" "Mançester Yunayted" səfərində
  • 09:58

    Avropanın ən məşhur avtomobilləri hansılardır?
  • 09:49

    Xidmət müddəti başa çatan bir qrup hərbi qulluqçu tərxis olunub
  • 09:45

    Dövlət Departamenti Qarabağda "etnik təmizləmə" iddialarını rədd edir
  • 09:25

    Azərbaycan nefti ucuzlaşıb
Menyu