http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ali məktəbə qəbul olunanların qeydiyyat müddəti uzadılıb

18 Sentyabr 2023 , 12:54
Ali məktəbə qəbul olunanların qeydiyyat müddəti uzadılıb

Ali təhsil müəssisələrinə qəbul olunan şəxslərin qeydiyyat müddəti uzadılıb və 20 sentyabr saat 18:00-dək davam edəcək.

"Operativ Media"  xəbər verir ki, birinci mərhələdən sonra ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər göstərilən vaxtadək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Məlumat üçün qeyd edək ki, hazırda ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan şəxslərin də portal vasitəsilə qeydiyyatı davam edir və 20 sentyabr saat 18:00-da bitəcək. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar isə 25 sentyabr saat 18:00-dək qeydiyyatdan keçməlidirlər.

OXŞAR XƏBƏRLƏR
Qəbələdə yeniyetməni döyən polis xidmətdən xaric edilib - YENİLƏNİB

Qəbələdə yeniyetməni döyən polis xidmətdən xaric edilib - YENİLƏNİB

Xarici universitetlərdə təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirilib - YENİLƏNİB

Xarici universitetlərdə təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirilib - YENİLƏNİB

Sabah meteohəssas insanlar üçün hava necə olacaq?

Sabah meteohəssas insanlar üçün hava necə olacaq?

XƏBƏR LENTİ
  • 00:18

    "Azərbaycanın ən parlaq ulduzu" mükafatının qalibləri bəlli olub
  • Dünən
    23:55

    Rusiyada hərbi xidmət müddəti iki ilə qədər uzadıla bilər
  • Dünən
    23:36

    Filippin sahillərində güclü zəlzələ baş verib
  • Dünən
    23:33

    "Beşiktaş" klubunun yeni prezidenti bəlli oldu
  • Dünən
    23:23

    HƏMAS İsrail əsgərlərinin olduğu tuneli partladıb
  • Dünən
    23:12

    İsrail Qırmızı dənizə döyüş gəmiləri və sualtı qayıq göndərib
  • Dünən
    23:02

    Tanzaniyada daşqınlar 20 nəfərin həyatına son qoydu
  • Dünən
    22:51

    Qaxda qızılcaya ilk yoluxma qeydə alındı
Menyu