
Daxili İşlər Nazirliyi (DİN) Sabirabadda baş verən ağır yol qəzası ilə məlumat yayıb.
Nazirliyin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya bildirilib ki, bu gün axşam saatlarında Sabirabad rayonu ərazisində hərəkətdə olan İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasının balansında olan "Mercedes" markalı nəqliyyat vasitəsi ilə "VAZ-21015" markalı nəqliyyat vasitəsi toqquşub.
Hadisə nəticəsində "Mercedes" markalı nəqliyyat vasitəsində biri TTYS-nin əməkdaşı olmaqla 3 nəfər, "VAZ-21015" markalı nəqliyyat vasitəsində isə 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.
*** 20:27
Sabirabadda təcili yardım maşını ilə digər avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.
"Operativ Media" “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Qalağayın kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, İmişli rayonuna məxsus təcili yardım maşını “VAZ-21011” markalı avtomobillə toqquşub.
Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.