Menyu

Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulunun müddəti uzadılıb

Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulunun müddəti uzadılıb
1 dəq oxu

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun müddəti uzadılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Sənəd qəbulu sentyabrın 30-u saat 23:59-da başa çatacaq. Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı , elana dair ətraflı məlumat və qeydiyyat linki müvafiq keçidlərdən əldə oluna bilər.

Əlavə sual yarandığı zaman FAQ/MVS və ya dpinfo@edu.gov.az mail ünvanına müraciət edə bilərsiniz.

Əlaqəli Xəbərlər