21 Sentyabr 2023, 11:03
SPF-lərdən ev şəraitində istifadə etmək lazımdırmı? 
SPF-lərdən ev şəraitində istifadə etmək lazımdırmı?  şəkil
SPF-lərdən ev şəraitində istifadə etmək lazımdırmı? 

SPF Günəşdən Qoruma Faktoru deməkdir. SPF günəş kreminin dərini günəş yanığına səbəb olan, dərini zədələyən və dəri xərçənginə səbəb olan UVB şüalarından nə qədər yaxşı qoruyacağının ölçüsüdür.

Lakin bəziləri bildirir ki, əslində, heç bir günəş şüasına məruz qalınmadığı halda belə SPF istifadə edilmədlidir.

Bu barədə "Operativ Media" Mərkəzi Gömrük Hospitalının həkimi dermatoveneroloq Sevinc Kərimovanın fikirlərini öyrənib.

Sevinc Kərimova • Mərkəzi Gömrük Hospitalı

Onun sözlərinə görə, bütün orqanlar kimi, insan dərisi də nəfəs almalıdır, buna görə də hər an nəmləndirici və ya spflərlə dərini örtmək olmaz:

“Bəzi konfranslarda, özəlliklə də bu kremlərin istehsalı ilə məşğul olan şirkətlərin sponsorluq etdiyi yığıncaqlarda bu çox vurğulanır ki, hətta evdə belə spf çəkmək lazımdır, qışda da çəkmək lazımdır. Əksəriyyət vurğulayır ki, evdə işıqlandırıcı lampalar da dəriyə təsir göstərir. Amma, mən dərini hər hansı bir kremlə örtmək, örtük təbəqəsi yaxmaq tərəfdarı deyiləm. Bütün orqanlar kimi, dərimiz də müəyyən mənada nəfəs almalıdır, özəlliklə duş alandan sonra dərinin hava ilə, oksigen ilə təması mütləqdir, buna görə də duşdan sonra dərini nəmləndirici və yaxud spf kremlərlə örtmək olmaz. Düzdür, bəzi şirkətlər elmi araşdırmalar edir, istehsal etdikləri məhsulların tərkibindəki komponentləri qeyd etsələr də, mən 100 faiz razı deyiləm”.

Həkim bildirib ki, həddən artıq isti havalarda, açıq səma altında, kölgədə daldalanmaq mümkün olmayan məkanlarda spf kremlərinin istifadəsi mütləqdir:

“Xüsusuilə ağ dərili insanlar, birinci tip dəriyə malik, yəni dəri rəngi ağ, piqmentsiz, tam açıq dərisi olanlar və ikinci tip, yəni nisbətən qarabuğdayı deyilən insanlar üçün bu vacibdir, onlar mütləq şəkildə kəskin günəş altında, özəlliklə yaz başlayanda qışdan çıxmış dəri melanindən müdafiəsiz olur, melanin piqmenti çox azalır. Bu səbəbdən həmin tip dəriləri mütləq spf kremlərlə, qapalı geyimlərlə bir müddət qorumaq lazım gəlir ki, tədricən dəri melanin piqmenti toplasın”.

Dr. Sevinc Kərimova qeyd edib ki, ev şəraitində  lüminesent lampalarda elə bir böyük şüalanma olmur, bəzi dərilərə müəyyən təsirləri ola bilər, amma piqment yaratması ehtimalı ilə razılaşmıram.

Sevinc İbrahimzadə

Son xəbərlər
İranda yol qəzasında 5 nəfər ölüb
Putin: Biz dollardan imtina etməmişik
Pirallahıda ölümlə nəticələnən yol qəzası baş verib
Pakistanın Baş naziri Azərbaycanın müdafiə sənayesi naziri ilə görüşüb
Türkiyədə bina çöküb, dağıntılar altında qalanlar var - YENİLƏNİB - FOTO
Cənubi Koreya prezidentinin həbs müddəti ilə bağlı qərar verilib
İstanbul-Moskva təyyarəsi məcburi eniş edib
Çilidə güclü zəlzələ olub