21 Sentyabr 2023, 11:12
Qarabağın erməni sakinlərinin nümayəndələri ilə dialoq dəstəklənir - SORĞU
Qarabağın erməni sakinlərinin nümayəndələri ilə dialoq dəstəklənir - SORĞU şəkil
Qarabağın erməni sakinlərinin nümayəndələri ilə dialoq dəstəklənir - SORĞU

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə dialoq prosesinə dair ictimai rəyi öyrənmək məqsədilə əhali arasında sorğu keçirib.

Mərkəzdən "Operativ Media"ya verilən məlumata görə, sorğunun nəticələrinə əsasən, respondentlərin 63.3%-i dialoq prosesini dəstəklədiyini, 27.4%-i dəstəkləmədiyini ifadə edib. Sorğu iştirakçılarının 9.2%-i bu barədə rəy bildirməkdə çətinlik çəkib.

Dialoq prosesini dəstəkləyənlərin 49.0%-i dialoqun birbaşa təmaslar yolu ilə aparılmasını üstün hesab edib. Onların 37.3%-i istənilən formatı məqbul hesab etdiyini bildirərkən, 12.2%-i vasitəçilik yoluna üstünlük verdiyini bildirib. Sorğu iştirakçılarının 1.6%-i bu barədə rəy bildirməkdə çətinlik çəkib.

Qeyd edək ki, sorğunun sahə işi (məlumatların toplanılması) 2023-cü ilin 08 – 11 sentyabr tarixləri arasında icra olunub. Sorğular telefonla müsahibə formasında keçirilib və 18 yaşından yuxarı 390 respondent iştirak edib.

Sorğu 12 iqtisadi rayonu əhatə edib. Respondentlərin gender bərabərliyi qorunmaqla seçmə çərçivəsi əhali sayına proporsional müəyyən olunub. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə dialoq prosesinə dair ictimai rəyi öyrənmək məqsədilə əhali arasında sorğu keçirib. Sorğunun nəticələrinə əsasən, respondentlərin 63.3%-i dialoq prosesini dəstəklədiyini, 27.4%-i dəstəkləmədiyini ifadə edib. Sorğu iştirakçılarının 9.2%-i bu barədə rəy bildirməkdə çətinlik çəkib.
Dialoq prosesini dəstəkləyənlərin 49.0%-i dialoqun birbaşa təmaslar yolu ilə aparılmasını üstün hesab edib. Onların 37.3%-i istənilən formatı məqbul hesab etdiyini bildirərkən, 12.2%-i vasitəçilik yoluna üstünlük verdiyini bildirib. Sorğu iştirakçılarının 1.6%-i bu barədə rəy bildirməkdə çətinlik çəkib.

Qeyd edək ki, sorğunun sahə işi (məlumatların toplanılması) 2023-cü ilin 08 – 11 sentyabr tarixləri arasında icra olunub. Sorğular telefonla müsahibə formasında keçirilib və 18 yaşından yuxarı 390 respondent iştirak edib.

Sorğu 12 iqtisadi rayonu əhatə edib. Respondentlərin gender bərabərliyi qorunmaqla seçmə çərçivəsi əhali sayına proporsional müəyyən olunub. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.

Son xəbərlər
İsrailin İrana hücumu nəticəsində neft qiymətləri 7 faizdən çox artıb
Azərbaycan XİN: İsrailin İrana qarşı keçirdiyi hərbi əməliyyatlardan narahatıq
Milli Məclis Prezident və Birinci vitse-prezidentə təbrik məktubu ünvanlayıb
Ağdamda insana məxsus olması ehtimal edilən sümük fraqmentləri şkar edilib
İsrailin İranın şərqindəki hücumları nəticəsində ölənlərin sayı 3-ə çatıb
Prezident: Azərbaycanın səhiyyə sistemi yüksək hazırlıqlı kadr potensialına malikdir
Shafaq News: 150-dən çox İran PUA-sı İraq hava sərhədindən keçir
Tehran BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir