21 Sentyabr 2023, 18:10
İşçinin hüquqlarını pozan şirkət 20 000 manat cərimələndi
İşçinin hüquqlarını pozan şirkət 20 000 manat cərimələndi şəkil
İşçinin hüquqlarını pozan şirkət 20 000 manat cərimələndi

İşçinin əmək hüquqlarını pozan hüquqi şəxs məsuliyyətə cəlb edilib. 

Füzuli rayon prokurorluğundan "Operativ Media" ya verilən məlumata görə, “İMPULS-AR” MMC tərəfindən işçinin əmək hüquqlarının pozulmasına dair vətəndaş müraciəti əsasında Füzuli rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyinin tələbləri pozularaq işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunub.

Faktla bağlı “İMPULS-AR” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmə) maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə MMC 20 min manat məbləğində cərimə edilib.

Son xəbərlər
G7 liderləri Yaxın Şərq münaqişəsinin siyasi həllini müzakirə ediblər
ABŞ-nin İsraildəki səfirliyi iyunun 20-dək bağlanıb
Makron: İranda rejimin hərbi yolla dəyişdirilməsi böyük səhv olar
Rusiyalı iş adamı İrəvanda saxlanılıb?
Rusiya XİN: Nüvə savaşına yaxınlaşırıq
İsrail təyyarələri İrana zərbə endirmək üçün havaya qalxıb
İranın sabiq prezidentinin ölümü ilə bağlı yayılan məlumatlar yalandır
Aİ Rusiya qazının kranını həmişəlik bağlayacaq