Bakıda Balaxanı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
"Operativ Media" xəbər verir ki, Qubad Ələsgərovun idarə etdiyi "Çinar" MMC-yə məxsus "Korsan" markalı xətt avtobusu hərəkətdə olarkən yolun kənarındakı "Kamaz"a çırpılıb.
Nəticədə sərnişin Adilə Əliyeva ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı TƏBİB-dən "Operativ Media" ya bildirilib ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına saat 16:33-də çağırış daxil olub.
"Saat 16:42-də Təcili Tibbi Yardım briqadası ünvanda olub. "Həkiməqədər ölüm" qeydə alınıb. Aidiyyəti üzrə meyit təhvil verilib", - deyə qurumdan bildirilib.






