22 Sentyabr 2023, 12:32
Təhsil müəssisəsində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Təhsil müəssisəsində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb şəkil
Təhsil müəssisəsində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Cəlilabad rayon Soyuqbulaq kənd tam orta məktəbində yol verilən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Cəlilabad rayon prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, araşdırma zamanı həmin məktəbdə 08.10.2018-ci ildən 10.03.2023-cü ilədək olan dövr ərzində külli miqdarda dövlət əmlakının qanunsuz olaraq ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda iş üzrə ibtidai istintaq davam edir.

Son xəbərlər
KİV: ABŞ 24-48 saat ərzində İranla hərbi əməliyyata girə bilər
İsrail ölkənin şimalında iki pilotsuz təyyarənin tutulduğunu bildirib
İsrail-İran münaqişəsi - SON XƏBƏRLƏR
Ağdamın Kəngərli kəndinə daha 40 ailə köçürülüb
"Bavariya" Fermin Lopezlə maraqlanır
İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində azı 16 nəfər ölüb
KİV: Çin İrana nəqliyyat təyyarələri göndərir
G7 liderləri Yaxın Şərq münaqişəsinin siyasi həllini müzakirə ediblər