22 Sentyabr 2023, 14:52
Ali Məhkəmə hüquqşünaslara müraciət edib
Ali Məhkəmə hüquqşünaslara müraciət edib şəkil
Ali Məhkəmə hüquqşünaslara müraciət edib

Noyabrın 1-də Ali Məhkəmənin Elmi-Məsləhət Şurasının növbəti iclası keçiriləcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Ali Məhkəmədən məlumat verilib.

İclasda "Cinayət mühakimə icraatında sahələrarası preyudisiya, mülki işlər üzrə icraatda çıxarılmış məhkəmə aktlarının, habelə inzibati məhkəmələrin vergi hüquqpozmalarına dair qanuni qüvvəyə minmiş qərarlarının cinayət prosesində preyudisial əhəmiyyəti, eyni bir vergi hüquqpozması ilə bağlı paralel inzibati araşdırmanın və cinayət təqibinin aparılması problemi" mövzuları üzrə müzakirələrin təşkili planlaşdırılıb.

Müzakirə ediləcək mövzuların əhəmiyyəti nəzərə alınaraq, bu sahələr üzrə ixtisaslaşmış hüquqşünas ekspertlərin ad-hoc üzv kimi Elmi-Məsləhət Şurasının təşkil edəcəyi müzakirələrdə iştiraka dəvət edilir.

Yuxarıda qeyd olunan mövzulara dair elmi müzakirələrdə iştirak etmək istəyən hüquqşünas ekspertlərin 18 oktyabr tarixədək [email protected] ünvanına müraciət etmələri (CV əlavə olunmaqla) təklif olunur.

Elmi-məsləhət şurası tərəfindən seçiləcək namizəd ekspertlər iclasa ad-hoc üzvlər kimi dəvət olunacaqlar.

Qeyd edək ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin yanında Elmi-Məsləhət Şurası fəaliyyət göstərir. Elmi-məsləhət şurasının əsas fəaliyyəti məhkəmə təcrübəsində qarşıya çıxan problemlərin müzakirəsi, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı elmi məsləhətlərin aparılması və hüququn inkişafına dair təkliflərin hazırlanmasında Ali Məhkəməyə köməklik göstərməkdən ibarətdir.

Son xəbərlər
Azərbaycanla İran sərhədində radiasiya fonunda çirklənmə aşkar edilməyib
Xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradılıb
Natanz nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib
İran: İsrailin hücumları bizi diplomatik yoldan çəkindirdi
İran Prezidenti: Allahdan bir yardım və yaxın bir zəfər
İsrail müdafiə naziri: İran mülki ərazilərə hücuma görə dözülməz bədəl ödəyəcək
İranın İsrailə cavab tədbirləri başa çatıb - YENİLƏNİB
Gürcüstan Yaxın Şərqdə artan gərginlikdən narahatdır