23 Sentyabr 2023, 15:49
Dövlət Xidməti tərəfindən emal edilən elektron məktubların 8%-i zərərlidir - Tural Məmmədov
Dövlət Xidməti tərəfindən emal edilən elektron məktubların 8%-i zərərlidir - Tural Məmmədov şəkil
Dövlət Xidməti tərəfindən emal edilən elektron məktubların 8%-i zərərlidir - Tural Məmmədov

2023-cü ilin birinci yarısında Dövlət Elektron Poçtu tərəfindən 16 993 elektron məktub emal edilib, bunların 1416-sı və ya 8 faizi zərərli məzmun səbəbindən bloklanıb.

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisi general-mayor Azər Əhədov Dövlət Qurumlarının IT rəhbərlərinin II Zirvə Toplantısında deyib.

Onun sözlərinə görə, emal edilən elektron məktubların 15 milyon 577 mini və ya 92 faizi istifadəçilərə çatdırılıb.

"Bu, ciddi rəqəmdir və bu istiqamətdə müəssisədaxili maarifləndirici tədbirləri gücləndirməyi xahiş edirəm, belə ki, kiberhücumların əksəriyyəti elektron poçtla göndərilən keçidlər vasitəsilə həyata keçirilir", - deyə o əlavə edib.

Son xəbərlər
Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?
İranın hava məkanının bağlı qalma vaxtı uzadılıb
Ağ Ev: Tramp Kanadada Zelenski ilə görüşəcək
"Əl-Hilal" Osimhenə illik 50 milyon avro təklif edib
İsraildə raket zərbələrindən zədələnən 22 bina dərhal söküləcək
İranın İsrailə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 16-ya çatıb
Klublararası DÇ: PSJ qalib gəldi, "Portu" heç-heçə etdi
İran İsrailin silah zavodunu vurub