23 Sentyabr 2023, 17:40
Praqada Ermənistanın mina terroruna həsr olunmuş sərgi-aksiya təşkil edilib
Praqada Ermənistanın mina terroruna həsr olunmuş sərgi-aksiya təşkil edilib şəkil
Praqada Ermənistanın mina terroruna həsr olunmuş sərgi-aksiya təşkil edilib

Praqan şəhərinin məşhur Vatslav meydanında Ermənistanın ölkəmizə qarşı apardığı mina terrorizmi ilə əlaqədar sərgi-aksiya keçirilib.

"Operativ Media" xəbər verir ki, “Elson Grand” təşkilatının üzvü, Azərbaycan diasporunun fəalı Fərid Əmirəliyevin təşkilatçılığı ilə baş tutan aksiya zamanı “Qarabağ Azərbaycandır!”, “44 gün... Qəhrəmanlar Azərbaycan naminə canlarını fəda etdilər” yazılmış poster, “Ermənistan, torpaqlarımızı minalandırma!”, “Erməni minaları = müharibə cinayətləri”, “Erməni terrorizmi minalarla davam edir”, “Erməni terrorizminə son!”, “Mina basdırma, ağac ək!” şüarları əks olunmuş plakatlar nümayiş etdirilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin yad edilməsi məqsədilə şamlar yandırılıb.

Aksiya-sərgi yerli sakinlərin böyük marağına səbəb olub. Sərgi-aksiyanın fotolarını çəkən şəhər sakinlərinə Ermənistanın ölkəmizə qarşı yürütdüyü mina terroru, rəsmi İrəvanın beynəlxalq humanitar konvensiyalarına zidd olaraq dəqiq mina xəritələrini Azərbaycana təqdim etmədiyi, mina təhlükəsinin Qarabağda bərpa-yenidənqurma işlərinin aparılmasına, məcburi köçkünlərin doğma yurdlarına qayıdışına əngəl olduğu, Ermənistanın hərbi təxribatları səbəbindən Azərbaycanın mülki vətəndaşlarının və hərbçilərinin mina qurbanlarına çevrildiyi, bu təhlükənin aradan qaldırılması, separatçıları sülhə vadar etmək naminə Azərbaycanın birgünlük antiterror tədbirləri həyata keçirdiyi barədə ətraflı məlumat verilib.

Aksiyanın gedişində bir neçə erməni qadının təxribat və səs-küy salmaq cəhdi uğursuzluqla nəticələnib. İcma üzvlərimiz onların əsassız iddialarını faktlarla alt-üst ediblər. Bunu gözləməyən erməni qadınlar çarəni aksiya yerindən uzaqlaşmaqda görüblər.

 

Son xəbərlər
Qurban Qurbanov: Builki avrokubok oyunları yaxşı təcrübə oldu
ABŞ Gürcüstanda bir sıra məmurlara qarşı viza məhdudiyyəti tətbiq edir
Bir gündə Qəzzada ən azı 71 fələstinli həlak olub
AL: "Qarabağ" "Elfsborq"a məğlub oldu
Lionel Messi Azərbaycan səfəri ilə bağlı paylaşım etdi
13 Dekabr 2024, 00:33
Netanyahu: Bir gün İran azad olacaq
"Qalatasaray" "Malmö" ilə heç-heçə etdi
Quterreş İsraili Suriyaya hücumları dayandırmağa çağırıb