Menyu

Füzulidə ər arvadını qətlə yetirib

Nərmin Qocamanlı
Füzulidə ər arvadını qətlə yetirib

Sentyabrın 24-ü saat 21 radələrində Füzuli rayonu ərazisində 1987-ci il təvəllüdlü Ruhanə Qasımovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.   

Füzuli rayon prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, araşdırma zamanı 1984-cü il təvəllüdlü Süleyman Qasımovun aralarında yaranmış mübahisə zamanı arvadı Ruhanə Qasımovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Fakta görə Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Süleyman Qasımov şübhəli şəxs qismində tutulub.   

Hazırda ibtidai istintaq davam edir.

Teqlər:

"F\u00fczulid\u0259 \u0259r arvad\u0131n\u0131 q\u0259tl\u0259 yetirib"

Əlaqəli Xəbərlər