Menyu

Bolqarıstandan idxal olunan heyvandarlıq məhsullarına məhdudiyyət qoyuldu

Bolqarıstandan idxal olunan heyvandarlıq məhsullarına məhdudiyyət qoyuldu

Bolqarıstan Respublikasının Burqas vilayətində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi qeydə alınıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması məqsədilə, Bolqarıstanın Burqas vilayətində zonalaşma prinsipi nəzərə alınmaqla 10 kilometr radiusdakı məsafədə yerləşən müəssisələrdəki diri xırdabuynuzlu heyvanlar, onlara aid məhsullar və xammalın, o cümlədən, genetik materialların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər