Menyu

Cəlilabadda ağır qəza olub, sürücü yanaraq ölüb

Cəlilabadda ağır qəza olub, sürücü yanaraq ölüb
1 dəq oxu

Cəlilabad rayonunun Qarazəncir kəndində ağır yol qəzası baş verib.

"Operativ media" xəbər verir ki, "Mercedes" markalı minik avtomobili "KamAZ" markalı yük avtomobilinə çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində minik avtomobilinin sürücüsü, 1991-ci il təvəllüdlü Elşən Həbiyev yanıq xəsarəti alıb.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.//Report//

Əlaqəli Xəbərlər