http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 7 ° C

Prokurorluq: Beynəlxalq axtarışda olan şəxslər Rusiyaya təhvil verilib

28 Sentyabr 2023 , 17:50
Prokurorluq: Beynəlxalq axtarışda olan şəxslər Rusiyaya təhvil verilib

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Rusiya Federasiyasının vətəndaşları Bayramov Mustafa Nəriman oğlu, Elizarov Viktor Yevqenyeviç və Kozlov Mixail Vyaçeslavoviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Rusiya Federasiyası Baş Prokurorluğunun vəsatətləri Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. 

Mustafa Bayramov və Mixail Kozlovun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (mütəşəkkil dəstə tərəfindən xüsusilə külli miqdarda dələduzluq), Viktor Elizarovun isə həmin Məcəllənin 135-ci maddəsinin 3-cü hissəsi (yetkinlik yaşına çatmamış şəxsə qarşı əxlaqsız hərəkətlər etmə) ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində həmin ölkənin səlahiyyətli orqanları tərəfindən təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndikləri üçün dövlətlərarası axtarışa veriliblər.

Qeyd olunan şəxslər Azərbaycan Respublikasına gələn zaman Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sərhəd nəzarətindən keçərkən, axtarışda olduqları üçün saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib. 

Sentyabrın 28-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə həmin şəxslər Rusiya Federasiyasının səlahiyyətli orqanlarına təhvil verilib.

OXŞAR XƏBƏRLƏR
FHN: Novxanıdakı partlayışda iki nəfər dağıntılar altından xilas edilib

FHN: Novxanıdakı partlayışda iki nəfər dağıntılar altından xilas edilib

Boşanmaların sayının artması "TikTok" və digər sosial şəbəkələrin bizə olan "hədiyyəsidir" - Sosioloq

Boşanmaların sayının artması "TikTok" və digər sosial şəbəkələrin bizə olan "hədiyyəsidir" - Sosioloq

İxracdan əldə olunan külli miqdarda pulu ölkəyə qaytarmayan şəxslər məsuliyyətə cəlb edilib

İxracdan əldə olunan külli miqdarda pulu ölkəyə qaytarmayan şəxslər məsuliyyətə cəlb edilib

XƏBƏR LENTİ
  • 09:31

    FHN: Novxanıdakı partlayışda iki nəfər dağıntılar altından xilas edilib
  • 09:31

    Tanınan iş adamı Azərbaycanda futbol klubu alır
  • 09:27

    Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb
  • 09:17

    Bakıda qarlı hava şəraitinə hazırlıq məsələləri müzakirə edilib
  • 09:15

    AMB-nin bu günə olan valyuta məzənnələri
  • 09:05

    Məhkəmə “Balxurma” şirkəti ilə bağlı cərimə qərarı verib
  • 08:40

    Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb
    Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb
  • 08:38

    Azərbaycan Kuboku: 1/8 final mərhələsi start götürür
Menyu