30 Sentyabr 2023, 10:48
Yol polis paytaxt sakinləri və sürücülərə müraciət edib
Yol polis paytaxt sakinləri və sürücülərə müraciət edib şəkil
Yol polis paytaxt sakinləri və sürücülərə müraciət edib

Bakı Şəhər Dövlət Yol Polis İdarəsi paytaxt sakinləri və sürücülərə müraciət edib.

İdarədən "Operativ Media" ya  bildirilib ki, 2-6 oktyabr 2023-cü il tarixdə paytaxt Bakı dünyanın ən mötəbər tədbirlərindən biri hesab olunan 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək.

İdarənin baş insprektoru polis mayoru Araz Əsgərli tədbirin Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzində keçiriləcəyini beynəlxalq tədbirdə iştirak edəcək yerli və xarici qonaqların əsas hərəkət marşrutlarının isə paytaxtın mərkəzi küçə və prospektlərini əhatə etdiyini bildirib.

“Beynəlxalq əhəmiyyətli tədbirin yüksək səviyyədə, təhlükəsiz şəraitdə həyata keçirilməsi üçün bütün hərəkət iştirakçılatından xüsusən də sürücülərdən mərkəz istiqamətinə səfərlərini əsasən ictimai nəqliyyata üstünlük verərək icra etməyi, bu müddət ərzində şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi xahiş edirik. Sözügedən ərazilərə daxil olan çoxsaylı ziyarətçilərin axınının fasiləsiz və yüksək təhlükəsizlik şəraitində idarə olunması məqsədilə paytaxtın Xocalı prospekti, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Həsənoğlu və Təbriz küçələrində nəqliyyatın hərəkətini yükləməməyi və alternativ yollardan istifadə etmələrini xahiş edirik’’, - o vurğulayıb.

Son xəbərlər
Vüqar Kərəmov yaponiyalı döyüşçünü məğlub etdi
İran daha bir İsrailə məxsus F-35 döyüş təyyarəsini vurub
Azərbaycan və İran XİN rəhbərləri arasında telefon danışığı olub
"Zirə" Hacıağa Hacılıyla müqavilə yenilədi
İran hava məkanı daha bir gün bağlı qalacaq
Binəqədi rayonunda oğurluq edənlər saxlanılıb
İranda daha üç nüvə alimi öldürülüb
Nəsimi rayonunda ekstazi həblərini toz formasında satan şəxslər saxlanılıb